29 nəfər "donuz qripi"ndən öldü

29 nəfər

Panamada A(H1N1) virusundan ölənlərin sayı 29 nəfərə çatıb, 400-dən çox insan xəstəxanaya yerləşdirilib.

Aktual.az  "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
İyun ayının əvvəlində ölkədə epidemioloji həyəcan elan olunub.
Aprelin 22-dən 1,2 milyon panamalı xəstəliyə qarşı peyvənd olunub. Bu, ölkə əhalisinin ¼ hissəsindən bir qədər çoxdur. Hazırda 1 milyon doza həcmində əlavə vaksin partiyasının alınması üçün danışıqlar aparılır. Xəstəliyin artması fonunda ölkənin səhiyyə naziri Xavyer Terryentes bu ay istefaya göndərilib.

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR