28 nəfər daşqınların qurbanı olub ABŞ-da

28 nəfər daşqınların qurbanı olub  ABŞ-da

ABŞ-ın Texas və Oklahoma ştatlarında daşqınlar nəticəsində ölənlərin sayı 28-ə çatıb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 23 nəfərin təbii fəlakətin qurbanı olduğu bildirilirdi. 

Son məlumatlara əsasən, 15 nəfər itkin düşmüş hesab edilir. 24 nəfər Texasda, 4 nəfər isə Oklahoma ştatında ölüb. 

Sinoptiklərin proqnozlarına görə, yağıntılar bir neçə həftə davam edə bilər. Qeyri-sabit hava şəraiti daşqınların yaratdığı fəsadların aradan qaldırılmasına çətinlik törədir.

Aktual.az

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR