27 vergi orqanı əməkdaşı cəzalandırıldı

27 vergi orqanı əməkdaşı cəzalandırıldı

Vergilər Nazirliyinin (VN) Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən aparılmış monitorinqin nəticələrinə əsasən vergi orqanlarında çalışan bəzi əməkdaşlara töhmət verilib, bir neçə əməkdaşa isə xəbərdarlıq olunub.

VN-dən Aktual.az-a verilən məlumata görə, Nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsində 2015-ci ilin ikinci rübündə daxili nəzarət qaydasında keçirilmiş tədbirlər zamanı aşkar edilmiş intizam pozuntularının monitorinqi aparılıb.

Bildirilir ki, monitorinq nəticəsində müəyyən edilib ki, 2015-ci ilin 2-ci rübündə nazirliyin struktur bölmələrinin daxili nəzarət qrupları tərəfindən ümumilikdə 523, o cümlədən yerli vergi orqanlarında 442, nazirliyin aparatının struktur vahidlərində isə 81 daxili nəzarət tədbiri keçirilib.

2015-ci ilin 2-ci rübündə vergi orqanı əməkdaşlarının hərəkətlərindən (hərəkətsizliyindən) Daxili Təhlükəsizlik Baş İdarəsinə daxil olmuş müraciətlərin və təqdimatların araşdırılması, habelə yerli vergi orqanlarında aparılan daxili nəzarət tədbirləri zamanı 27 əməkdaş tərəfindən xidməti fəaliyyətində nöqsanlara yol verildiyi aşkar edilərək, 13 əməkdaşa töhmət, 8 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bir əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 əməkdaş 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb, 2 nəfərə yazılı xəbərdarlıq edilib.

Qeyd edək ki, monitorinq Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında dövlət başçısının verdiyi tapşırıqlara əsasən həyata keçirilib.

 
Xəbər 626 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR