Gürcüstanda qətl hadisəsi baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonundakı Tamarisi qəsəbəsində yaşayan 26 yaşlı Xviça Nəbiyev həyat yoldaşı 1995-ci il təvəllüdlü Yeganə Quliyevanı qətlə yetirib.
X. Nəbiyev Y. Quliyevanı boğaz nahiyəsindən bıçaqla vurub.
Hadisənin qısqanclıq zəmində baş verdiyi bildirilir.
Qeyd edək ki, X. Nəbiyevin 1,5 və 3 yaşlı körpə uşaqları var. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (bilərəkdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Aktual.az
Xəbər 603 dəfə oxunub.