26 terrorçu zərərsizləşdirildi

26 terrorçu zərərsizləşdirildi
  • DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK terrorçularına qarşı keçirilən əməliyyatla bağlı məlumat yayıb.

Aktual.az Axar.az-a istinadən xəbər verir ki, dünən Cizrədə 21, Surda 4, Van vilayətində 1 nəfər olmaqla 26 silahlı zərərsizləşdirilib.

Axtarış zamanı separatçılara məxsus sığınacaqlardan 9 ədəd kustar üsulla hazırlanmış əl bombası, 3 Kalaşnikov avtomatı, 12 daraq, 168 fişəng, 4 ov tüfəngi, 2 tapança və 2 radio aşkar edilib.

Baş Qərargahın yaydığı digər məlumata əsasən, Kilis vilayətində Suriyadan Türkiyəyə qeyri-qanuni yolla keçməyə cəhd edən 10 İŞİD üzvü tutulub. Terrorçuların yanında 14 azyaşlı olub.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR