256 yaşlı kişinin uzunömürlülüyünün sirri — Bu həqiqətdirmi?

256 yaşlı kişinin uzunömürlülüyünün sirri   — Bu həqiqətdirmi?

Çinli Li Tsinyunem 256 il ömür sürüb

Bu jurnalistlər və alimlər tərəfindən tədqiq edilib və təsdiqini tapmış həqiqətdir.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, "New York Times" qəzetinin 1930-ci ildəki buraxılışlarından birində Çenqdu Universitetinin professor Vu Çunq-Tze Çin İmperiyasının 1827-ci ilə dair hökumət yazışmalarını araşdıraraq Li Tsinyunemin 150 illik yubileyi münasibəti ilə təbrik edilməsi barədə məlumatı görüb. Həmçinin, hökumət 1877-ci ildə qocanı 200 illik yubileyi münasibəti ilə təbrik edib.

1928-ci ilə "New York Times"ın jurnalisti yazıb ki, Li Tsinyunla qonşuluqda yaşayana qocaların əksəriyyəti babalarının uzunömürlü qocanı hələ uşaq ikən gördüklərini danışıblarmış. O zaman Li artıq orta yaşlı insan imiş.

Li Tsinyunem müalicəvi otların satışı ilə məşğul olub.

Li 10 yaşından etibarən dağlardan faydalı otları toplamaqla məşğul olub və onların uzun ömürlülüyə faydalı olduğunu bildirib. O, demək olar ki, 40 il yalnız yabanı jenşen giləmeyvə, qoji beri bitkiləri ilə qidalanıb. 1749-da 71 yaşında döyüş sənəti müəllimi qismində Çin ordusuna qoşulub. 23 dəfə evlənib və 200 övladı olub. Li uşaqlıqdan oxumağı və yazmağı bilib.

Ömrünü ilk 100 ilində o, müalicəvi otları toplamaq və satmaqla məşğul olub. Ölməzdən öncə Linin son sözləri bu olub: "Mən dünyada etməli olduğum bütün işləri etdim. İndi evə qayıdıram".

Bir dəfə Lidən uzunömürlülüyünün sirlərini soruşanda o belə cavab verib:

"Ürəyinizi sakit saxlayın, tısbağa kimi oturun, göyərçin kimi qıvraq yeriyin, keşikçi köpəyi kimi yatın"

Li bildirirdi ki, daxili sakitlik və harmoniya, düzgün nəfəs alıb-vermə uzunömürlülüyün açarıdır.

Xəbər 968 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR