25 yaşlı qadın 14 yaş böyük ərini atıb evdən qaçdı - İki uşağı ilə

25 yaşlı qadın 14 yaş böyük ərini atıb evdən qaçdı - İki uşağı ilə

Bakıda ana və iki körpəsi itkin düşüb.

Lent.az xəbər verir ki, Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsinə müraciət edən 39 yaşlı Ürfan Maqsudov (ad və soyadlar şərtidir) bildirib ki, həyat yoldaşı və iki azyaşlı övladı itkin düşüb.

Gecə saatlarında polisə müraciət edən şəxs bildirib ki, həyat yoldaşı, 25 yaşlı Səriyyə 5 yaşlı qızı və 3 yaşlı oğlu ilə martın 27-də saat 11 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Şikayətçi ailə üzvlərinin fotolarını və xarakterik əlamətlərini polisə təqdim edib. O, qadının və uşaqlarının tapılaraq evə qaytarılmasını xahiş edib.

Axtarış tədbirləri həyata keçirilir.
 
Aktual.az
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR