25 yaşlı oğlan bıçaqlandı

25 yaşlı oğlan bıçaqlandı

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Göyçay şəhərində qeydə alınıb. Şəhərin Nəriman Nərimanov küçəsindəki 126 saylı mənzildə yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Əlisa Nüsrət oğlu bıçaq xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində təcili olaraq cərrahiyyə əməliyyatı aparılıb.

Hazırda vəziyyəti ağır olaraq qalır. Onu bıçaqlayan şəxsin kimliyi və hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda polis əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR