25 yaşlı kişi kirayədə yaşayan qadını qətlə yetirdi

25 yaşlı kişi kirayədə yaşayan qadını qətlə yetirdi

Bakıda qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, fevralın 8-də Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib.

Sabirabad RPŞ əməkdaşları tərəfindən görülən profilaktiki tədbir nəticəsində P.Cəbrayılov könüllü RPŞ-yə gələrək hadisəni törətməsini etiraf edib.

Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 732 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR