25 milyon avroluq yaxta yanıb kül oldu - FOTO

25 milyon avroluq yaxta yanıb kül oldu   - FOTO
  • DÜNYA

Türkiyənin Muğla şəhərində 3 yaxtanın yanması ilə nəticələnən dəhşətli yanğın hadisəsi baş verib.


Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, yaxtalardan biri Türkiyənin "Qalatasaray" futbol klubunun keçmiş baş məşqçisi Ünal Aysala məxsus olub. Həmin yaxtanın qiyməti 25 milyon avro civarında idi. 

Hadisə bu gecə saat 04:30-da olub. Anidən başlayan yanğının qarşısını almaq üçün çox saylı yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub. Lakin alovların qarşısını almaq üçün 4 saat vaxt lazım olub. 
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Tamamilə yanan və kül olan Ünal Aysalın "Barbi" adlı yaxtası 50 metr uzunluğunda olub. 

Dubayın "Al Jadaf" tərsanəsində istehsal olunan gəmi 2006-cı ildə suya endirilib. Gövdəsi poladdan, üst hissəsi alüminium olan yaxtanın eni 9.20 metrdir. Ünal Aysal bu yaxtanı 2011-ci ildə alıb.



 

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR