25 ildən sonra İraqda bu ölkənin səfirliyi açılıb

25 ildən sonra İraqda bu ölkənin səfirliyi açılıb
  • DÜNYA

İraqın paytaxtı Bağdadda 25 ildən sonra Səudiyyə Ərəbistanının səfirliyi açılıb.


Bu barədə Aktual.az Trend-ə istinadən xəbər verir.

Krallığının İraqda yeni səfiri Tamer Əs-Səbhan "Əl-Ərəbiyyə" telekanalına bildirib ki, səfirliyin açılması terrorizmə qarşı mübarizədə və təhlükəsizlik sahəsində iki ölkə arasında əməkdaşlığı yaxşılaşdıracaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Bağdadda diplomatik nümayəndəliyini 1990-cı ildə, İraqın Küveytə hücumundan sonra bağlamışdı.

Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR