243 müəllim iş yerini dəyişəcək

243 müəllim iş yerini dəyişəcək

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb.

Aktual.az  Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə” əmrlə təsdiq olunmuş Qaydalara müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. 


16-18 iyun tarixlərində keçirilmiş müsabiqənin 2-ci mərhələsində-test imtahanında 1621 nəfər iştirak edib. İmtahanların nəticəsinə görə, 345 nəfər yekun mərhələyə-müsahibəyə buraxılıb. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən, 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

Əmrə əsasən, Şəhər (rayon) təhsil idarələrinin rəhbərlərinə müsabiqə nəticəsində iş yerini dəyişən müəllimlərin sənədlərini yoxlayıb, 2016-cı ilin sentyabrın 15-dən onlarla əmək müqavilələrinin bağlanmasını təmin etmək, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərmək tapşırılıb. 

Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin rəisləri mövcud qanunvericiliyin tələbləri gözlənilməklə həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) iş yerini dəyişənlər üçün nəzərdə tutulan ödənişlərin həyata keçirilməsini təmin etməlidirlər.

Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR