24 yaşlı qızı öldürən gənc: “Məni sevmirdi...“

24 yaşlı qızı öldürən gənc:   “Məni sevmirdi...“

"Sumqayıtda qətl törədib hadisə yerindən qaçan şəxs artıq saxlanıb və barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib".


Aktual.az anspress.com-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Prokurorluğun məlumatına görə, qətli törədən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Cəfər Ağayev 22 yanvar tarixində 1992-ci il təvəllüdlü Səbinə Cavanşir qızı Salayevanı yaşadığı evdə qətlə yetirdikdən sonra ərazidən qaçsa da qətldən bir gün sonra tutularaq istintaqa təhvil verilib. 26 yaşlı oğlan qətli törətməsi ilə bağlı fərqli fikirlər səsləndirir:

"O Səbinəni sevməsinə baxmayaraq qızın ona qarşı hisslərinin olmamasını, buna görə belə bir addım atdığını deyir. Digər bir dindirilmə zamanı isə qızın onu sevməsinə baxmayaraq ailəsinin onları ayırdığı üçün qətli törətdiyini bildirib. Hələlik tam şəkildə cinayətin dəqiq səbəbi barədə məlumat verməyib", - deyə prokurorluqdan bildirdilər.

Qətl hadisəsi yanvarın 22-də günorta saatlarında Sumqayıtın Corat qəsəbəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Səbinə Cavanşir qızı Salayevanın yaşadığı evdə cəsədi tapılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə yerində apardığı araşdırmalar nəticəsində qızın bıçaqla qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Sumqayıt Şəhər Prokrurorluğunda cinayət məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

24 yaşlı qıza 26 bıçaq zərbəsi endirildiyi bildirilir.

Xəbər 583 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR