Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
"Report"un məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Murad Veysov özünü yaşadığı evin eyvanında asıb. Onun cansız bədənini yaxınları aşkar ediblər.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.