Azərbaycanda qeyr-rəsmi nikahdan doğulan uşaqların statistikası açıqlanıb.
Aktual.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 24038 nəfər olub.
Uşaqlardan 9411-i şəhər yerlərində, 14627-i isə kənd yerlərində doğulub.
2014-cü ildə qeyri-rəsmi nikahda olan qadından doğulan uşaqların sayı isə 25486 nəfər olub.
Komitədən, həmçinin bildirilib ki, son 5 il ərzində ölkədə ildə orta hesabla 172 min, hər gün isə 471 körpə dünyaya gəlir.