24 illik məşuqənin ərinə etdiyi zülm - “Arvad bəlasına” tuş gələn 5 dahi

24 illik məşuqənin ərinə etdiyi zülm - “Arvad bəlasına” tuş gələn 5 dahi

Həyatda hər kəs öz yarını axtarır və həmişə onunla xoşbəxt həyatın xəyallarını qurur. Lakin həmişə hər kəsin bəxti gətirmir.

Aktual.az  publika.az-a istinadən xəbəbr verir ki, bu dəfə bəşər tarixində öz izini qoyan, amma el dili ilə desək, "arvad sarıdan bəxti gətirməyən” 5 kişinin taleyi haqqında məlumat verəcək.

III Ramses
Qədim Misirin fironun arvadı Teya hərəmxanadakı qızlardan biri idi. Ondan Pentaveru adlı bir oğlu olmuşdu. Arvadı oğlunun varis göstərilmədiyi üçün firondan qisas almaq qərarına gəlir və ona qarşı sui-qəsd təşkil edir. Həmçinin, fironun qanuni varisini də aradan götürməyi planlaşdırır.



Sui-qəsdçilər fironun öldürülməsi üçün saray sehrbazını işə cəlb edərək, qara magiyadan istifadə etdilər. III Ramses isə fövqəltəbi səbəblərdən ölmədi. Onun boğazını kəsərək öldürdülər. Lakin Teya və cinayətkar yoldaşları planın birinci hissəsini həyata keçirməyi bacardı. Onlar qanuni varisi öldürə bilmədilər. Fironun taxtına qanuni varis çıxdı və cinayətdə iştirak edən hər kəsi həbs etdirdi.

Sokrat

Qərb fəlsəfəsinin banisi mürəkkəb ailə vəziyyəti ilə də tarixə düşüb. Onun arvadı Kantipes deyingənliyi ilə ərini bezdirmişdi. Birincisi, Sokratla arvadı arasında təxminən 40 yaş fərq var idi.



İkincisi, Sokratın fəlsəfi söhbətləri arvadını qıcıqlandırırdı. Üçüncüsü, bəzi mənbələrə görə, Sokratın başqa qadını olub. İddialara görə, məşhur filosofun sevgilisinin adı Mirto idi. Kantipes isə sözün əsil mənasında Sokratın başını dəng etmişdi.

Dante

"İlahi komediya”nın müəllifi, məhşur italyan şairi Dante Beatriçə olan sevgisi ilə də məşhurlaşmışdı. Amma o, sevgilisinə qovuşa bilmədi. Valideynləri onu nüfuzlu ailədən olan Cemma ilə evləndirdilər.



Cemmanın 12 il ailə həyatı dövründə Dantedən 4 uşağı oldu. Lakin məhşur şair əsərlərində bircə dəfə də arvadının adını çəkməyib.



Beatriç isə onun ilham qaynağı idi. 1302-ci ildə Florensiyadan qovulan Dantenin Cemma ilə də bağlantıları qopdu. Məlumatlara görə, Cemma Dantedən qisas almaq üçün onun təqib olunmasında iştirak etmişdi.

Vasiliy Rozanov

Rusiyalı yazıçı və filosof Rozanov 24 il Dostoyeviskinin məşuqəsi olan 40 yaşlı Apollinariya Suslova ilə evləndi. Rozanov bu xanımla hələ gimnaziyanın üçüncü kursunda oxuyarkən tanış olaraq evlənmişdi.



Apollinariya ərini daim alçaldır, onun yaradıcılığını məsxərəyə qoyurdu. Qalmaqallı həyatlarından sonra arvadı Rozanovu atdı. Ondan sonra yazıçı sadə qadın olan Varvara Butyaqinlə tanış oldu.



Bu qızdan çox xoşu gəlmişdi və onunla evlənməyə qərar verdi. Lakin Suslova onunla rəsmi şəkildə boşanmaqdan imtina etdi. Buna görə də Rozanov Varvara ilə gizli nikaha girdi.

Nikolay Rubtsov

XX əsrin ikinci yarısında ən istedadlı rus şairələrindən biri 35 yaşında öldü.



O, intihar etmədi, onu nişanlısı boğdu. Gənc şair Lyudmila Qranoviski ilə Ədəbi İnstitutun yataqxanasında tanış olmuşdu. 1971-ci il yanvarın 8-də onlar rəsmi nikaha girmək üçün sənədlərini təqdim etdilər. Mərasim fevralın 19-da olmalı idi. Yanvarın 19-da gecə Rubtsovun mənzilində uzun sürən qonaqlıqdan sonra nişanlılar tək qaldı. Onlar dalaşdılar. Bu dava şairin ölümü ilə nəticələndi.



Qadın polisə ifadəsində hadisəni belə təsvir edirdi: "Mənə laqeyd idi, düşünürdüm evlənəndən sonra necə olacaq. Dava etdik və mən şirəçəkənlə onu vurdum, sonra da boğdum”.
 
Aktual.az
Xəbər 5117 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR