“Mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsinə əsasən 2 365 nəfər müəllim adını qazanıb”.
Aktual.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. O qeyd edib ki, onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib.
“Bu il müəllimlərin işə qəbul imtahanlarının nəticələrinə əsasən orta bal göstəriciləri də artıb. Bu da keyfiyyətli müəllim sayının artması deməkdir. Bu il rekord sayda müəllim - 31 779 nəfər vakant yerlərə mütaciət edib və vakant yerlər də bu il rekord sayda təqim olunub.
Əlavə yerləşdirmədə isə 252 vakant yer çıxarılıb. Ucqar kəndlərdəki vakant yerlər tutulmayanda ora keçid balı toplamış müəllimlər dəvət olunur. Bu il müsabiqəyə çıxarılan vakant yerlərin sayı müsabiqələrdən sonra az qalmışdı”.