Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Qaraxanlı kəndində baş verib.
Kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədzadə Xədicə Hikmət qızı yüksək dozalı dərman qəbul edərək zəhərlənib.
Xəstə təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin tibbi yardımdan sonra X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 513 dəfə oxunub.