Lənkəranda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Aktual.az-ın Report-a istinadən xəbərinə görə, 20 Yanvar küçəsi, dalan 1, ev ünvanında yaşayan, 1992-ci il təvəllüdlü Talıbova Günel Sultanağa qızı yaşadığı evdə ailə üzvləri tərəfindən huşsuz halda aşkar edilib.
O, rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Zəhərlənən şəxs vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə zəruri tibbi yardımlar göstərilir, vəziyyəti stabilləşməyə doğru gedir.