Fransa prezidenti Emmanuel Makrona qarşı terror aktı törətməyi planlaşdıran milliyyətçi həbs edilib.
Aktual.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.
Telekanalın məlumatına əsasən, ultrasağ ideologiyanın daşıyıcısı olan şəxs oyun saytlarının birində iyulun 14-də Yelisey sarayında Bastiliya qalasının alınması münasibətilə keçiriləcək milli parada hücum etmək üçün avtomat almaq istədiyini yazıb. Məlum olub ki, həmin şəxs Makronu öldürməyi planlaşdıb.
Həbs edilən 23 yaşlı oğlan işsizdir, Parisdə yaşayır. O, iyulun 1-də saxlanılan zaman polisə mətbəx bıçağı ilə müqavimət göstərib.
Aktual.az
Xəbər 312 dəfə oxunub.