Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə “Azərtrans” MMC-nin ərazisində qeydə alınıb. Neftçala sakini, 1983-cü il təvəllüdlü Nahid Quliyev idarə etdiyi, şirkətə məxsus “QAZ-53” markalı yük maşınını arxaya verərkən orada işləyən fəhlə, 1993-cü il təvəllüdlü Azər Şadman oğlu Kazımov maşının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Lent.az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yük maşını kanalizasiya suyunu çəkərkən A.Kazımov ehtiyatsızlıqdan gölməçəyə yıxılıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.