Ata bağırsaq xərçəngindən əziyyət çəkən 23 yaşlı oğlunu güllələyib.
Aktual.az ölkə.az-a istinadən xəbər verir ki, Türkiyənin Kocaeli vilayətində Salim Biricik adlı şəxs Fatih Biricik adlı xərçəng xəstəsi oğlunu iki güllə vuraraq öldürüb.
Silahı ilə birlikdə polisə təslim olan ata bu cinayəti oğlunun "əziyyət çəkməməsi üçün" törətdiyini deyib.
Ata bildirib ki, oğlunun ağrıları son vaxtlar artıq dözülməz olubmuş və o çox əziyyət çəkirmiş. Buna görə də ata silahını çəkərək oğlunun ağrılarına və həyatına birdəfəlik son qoyub.
// Aktual.az