224 nəfərin öldüyü qəza ilə bağlı yeni İDDİA

224 nəfərin öldüyü qəza ilə bağlı yeni İDDİA
  • DÜNYA

Rusiya təyyarəsi Sinay yarımadası üzərində partlayıb və bu, laynerin mühərrikində baş verən partlayış deyil. Bu barədə Fransanın Frans-2 telekanalı faciənin təhqiqatının iştirakçılarının birinə istinadla məlumat yayıb.

Frans-2-nin məlumatına əsasən, “qara qutuların” analizini aparan avropalı təhqiqatçılar öz fikirlərində qətidirlər: Burada qəzadan söhbət gedə bilməz. “Qara qutular” vəziyyəti tam qeydə alıb. Pilotların danışıqlarını yazan “qara qutu” təsdiqləyir ki, təyyarənin göyərtəsində partlayış olub. Uçuş parametrlərini qeydə alan digər “qara qutu” isə partlayışın təsadüfi olmadığını sübut edir. Uçuşun ilk 24 dəqiqəsində hər şey normal olub. Pilotlar söhbət edib, təyyarə yüksəklik yığıb və bir anda hər şey alt-üst olub. Bundan sonra isə sükut başlayıb. Nə parametrlər, nə də danışıqlar qeydə alınmayıb.

Qəzanın səbəblərinin rəsmi versiyası noyabrın 7-də Qahirədə, Misir hökuməti tərəfindən təşkil edilən xüsusi mətbuat-konfransında elan olunmalıdır.

Frans-2 telekanalının məlumatını “Le Point” jurnalının mənbələri də təsdiqləyir və təhqiqatçıların sonrakı işinin partladıcı qurğunun qoyulduğu yeri müəyyən etməyə imkan verəcəyini bildirir.

Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.

Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR