Ağcabədidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan şahmat üzrə Respublika çempionatı start götürüb.
Aktual.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağcabədidə start götürən şahmat üzrə Respublika turnirinə 31 rayon və şəhərdən idmançılar qatılıblar. 220 şahmatçının iştirak etdiyi yarış 5 yaş qrupu üzrə keçirilib. Bir həftə davam edəcək turnir beynəlxalq FİDE qaydalarına uyğun olaraq aparılır və İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Qeyd edək ki, yarışda yüksək yer tutan şahmatçılar diplom, medal və kubokla təltif olunacaqlar. İlk yerin sahibləri isə milli komandanın heyətinə cəlb ediləcəklər.