Şamaxı rayonunda intihar hadisəsi baş verib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Ağayev Musa Mikayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq öldürüb. Onun həyatına qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.