Bakıda bıçaqlanma hadisəsi baş verib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Bülbülə qəsəbəsində 1994-cü il təvəllüdlü Qəhrəmanov Qismət İslam oğlu döş qəfəsinin sol nahiyəssinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 22 yaşlı oğlanın həmyaşıdı Cəfərov Emin Teymur oğlu tərəfindən bıçaqlanması müəyyən edilib və o tutulub.
Araşdırmalar davam etdirilir.