Xəzər dənizində daha bir nəfər batıb.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 13-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1994-cü il təvəllüdlü Abdullayev Ülvi Rauf oğlu dənizdə batması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Axtarışlar nəticəsində Ü.Abdullayevin cəsədi avqustun 14-də batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.