21 yaşlı gənci ürəyindən vurdular

21 yaşlı gənci ürəyindən vurdular

Gəncədə qətl törədilib.

Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, təxminən saat 15 radələrində şəhərin Heydər Əliyev prospektində bıçaqlanma hadisəsi baş verib. 4-cü mikrorayon, bina 23 a, mənzil 8-də yaşayan 21 yaşlı Müstəcəb Əliyev ürək nahiyəsindən bıçaqlanıb. O, Gəncə Şəhər Abbas Səhhət adına Xəstəxanaya gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb. Müstəcəb Əliyevin kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR