21 min manata görə 7 il iş aldı

21 min manata görə 7 il iş aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Esmira İbrahimovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Aktual.az report-a istinadən bildirir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.İbrahimova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, E.İbrahimova 2014-cü ilin oktyabr ayında 21 min 637 manatlıq qızılı tanışı Dilarə adlı qadın vasitəsilə başqa bir qadından nisyə alıb. Həmin qızılları dəyərindən aşağı qiymətə satıb, pulu isə özünə xərcləyib. Bundan sonra o, borcunun bir qismini ödəsə də, sonradan qalan hissəni dələduzluq yolu ilə mənimsəyib.

Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR