2050-ci ilədək İspaniya əhalisinin sayı 50 milyon nəfərə çata bilər

2050-ci ilədək İspaniya əhalisinin sayı 50 milyon nəfərə çata bilər
  • İDMAN

Yaxın 30 ildə İspaniya əhalisinin sayı həm yeni doğulanlar hesabına, həm də immiqrasiya sayəsində 4-13 milyon nəfər artacaq.


Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Maliyyə Məsuliyyətli Müstəqil Təşkilatın ("AIReF") bu həftə təqdim olunan məruzəsində bildirilir. Məlumatda qeyd olunur ki, 2050-ci ilədək İspaniya əhalisinin sayı 50-60 milyon nəfər olacaq. "AIReF" hesab edir ki, yaxın 30 il ərzində İspaniyaya ildə 250 min miqrant gələcək və ölkə əhalisinin ümumi sayında miqrantların payı 10-15 faiz təşkil edəcək. Milli Statistika İnstitutunun hesabatında isə ildə 40 min nəfər göstərilir.

"AIReF" ehtimal edir ki, biotexnologiyanın inkişafı, qidalanmada dəyişikliklər və digər amillər nəzərə alınmadan 2050-ci ildə insanların orta ömrü 87 il təşkil edəcək.

 
Aktual.az 
Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR