2030-da Avropadakı müsəlmanların sayı rekord həddə çatacaq

2030-da Avropadakı müsəlmanların sayı rekord həddə çatacaq
  • DÜNYA

2030-cu ildə Avropadakı müsəlmanların sayı 58 milyon olacaq.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Pew Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumatda o da qeyd olunur ki, müsəlmanların sayının artması məscidlərə olan ehtiyacı da artırmış olur. Son zamanlar Avropadakı bağlı kilsələr maddi vəsait çatışmazlığı səbəbindən işini davam etdirə bilmir. Müsəlmanlar isə həmin kilsələri alaraq məscidə çevirməyə başlayıb.

Ən çox məscidə çevrilən kilsələr Almaniyadadır. Hollandiyada kilsədən məscidə çevrilən tikililərin sayı 10-u keçib. Fransada indiyə qədər 4 kilsə məscidə çevrilib. İngiltərədə isə rəsmi qeydiyyatdan keçən təxminən 2 000 məscidin böyük qisminin qədim kilsələr olduğu bildirilir.

Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR