2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək

2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək

Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsini genişləndirir. 2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək.
ADY-dən Aktual.az-a verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlərdə dəmir yolu xətləri bərpa olunacaq və yeni stansiyalar tikiləcək:
- Yeni Suraxanı-Hövsan (4 stansiya)
- Bakıxanov-Binə-Qala (7 stansiya)
- Zabrat-Maştağa-Bağlar (7 stansiya)
Məlumata görə, hazırda Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır. Bundan əlavə, Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanması təmin olunacaq.
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR