Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İslamabad şəhərində məsciddə terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.
Aktual.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.
"İslamabad şəhərində məsciddə baş verən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan dəhşətli terror aktı ilə əlaqədar Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. İbadət üçün müqəddəs bir məkanda dinc inanclı insanları hədəf alan bu iyrənc zorakılıq və terror aktını qətiyyətlə pisləyirik. Dualarımız həlak olanların yaxınları ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik" - paylaşımda qeyd edilib.
Bildirilib ki, Azərbaycan qardaş Pakistanla həmrəy olduğunu ifadə edir və sülhə, sabitliyə, eləcə də terrorizmin bütün formalarına qarşı mübarizəyə verdiyi qəti dəstəyi bir daha təsdiqləyir.
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR