Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam etdirilir.
Aktual.az xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə rayonun Məmmədbəyli kəndinə 26 ailə - 142 nəfər köçürülür.
Xəbər 63 dəfə oxunub.