Türkiyədə əməliyyat: İrana işləyənlər saxlanıldı

Türkiyədə əməliyyat: İrana işləyənlər saxlanıldı
  • DÜNYA

Türkiyədə kəşfiyyat xidməti (MİT) və polis İranla əlaqəli casus qruplaşmasını yaxalayıb.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində altı şübhəli şəxs həbs edilib. Şəbəkəni İran kəşfiyyat zabitləri Nəcəf Rüstəmi ("Hacı”) və Mehdi Yekeh Dehqan ("Doktor”) idarə edirmiş.
Qruplaşma NATO və ABŞ-Türkiyə üçün əsas obyekt olan Adanadakı İncirlik Hava Bazası haqda məlumat, foto və video toplayırmış.
Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR