Prezident daha bir fərman imzaladı

Prezident daha bir fərman imzaladı

Preziden İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Aktual.az fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1794 (Cild I); 2024, № 5 (I kitab), maddələr 516, 529, № 6, maddə 550) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın 8.1-ci bəndinə "il” sözündən sonra "martın 31-dək” sözləri əlavə olunsun və həmin bənddə "sessiyasının beşinci iclasında” sözləri "sessiyasında” sözü ilə əvəz edilsin.
2. Bu Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR