Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Zəfər paradında iştirak etmək üçün Bakıya səfər edəcək.
Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, səfər noyabrın 7-nə planlaşdırılıb.
Qeyd edək ki, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.
Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq.
Xəbər 64 dəfə oxunub.