“Milli Standartlaşdırma Proqramı layihəsi” hazırlanıb

“Milli Standartlaşdırma Proqramı layihəsi” hazırlanıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri "Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında iştirak ediblər.
Bu barədə Aktual.az-a AZSTAND-dan bildirilib.
İclas zamanı Avropa standartları əsasında hazırlanmış keramik plitələr üçün yapışdırıcılar və beton üçün istifadə olunan dolduruculara dair tələbləri müəyyənləşdirən yeni dövlət standartlarının layihələri müzakirə edilib.
Daha sonra "2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın yekun layihəsi, o cümlədən "Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında” milli texniki reqlament layihəsinin tərtibat vəziyyəti barədə məlumat verilib.
Sonda AZSTAND/TK 10-un cari fəaliyyəti, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.


Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR