Almaniya Qəzzaya təcili humanitar yardım kimi 29 milyon avro (34 milyon dollar) ayıracaq.
Aktual.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz özünün X səhifəsində yazıb.
"Humanitar yardım üçün 29 milyon avro ayırırıq. Misirlə birlikdə Qəzzanın bərpası üzrə konfrans keçirməyi planlaşdırırıq”, - Merz qeyd edib.
Almaniya kansleri həmçinin ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh prosesində ölkəsinin məsuliyyət götürəcəyini də qeyd edib.
Xəbər 61 dəfə oxunub.