Azərbaycanda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək.
Aktual.az xəbər verir ki, Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla müvafiq şəhər və rayon icra hakimiyyətlərinə 9 milyon 940 min manat vəsait ayrılıb.
Xəbər 798 dəfə oxunub.