Ukrayna Prezidenti Vladimir Zelenski Polşaya səfər edib.
Aktual.az xəbər verir ki, bunu jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.
Onun sözlərinə görə, V.Zelenski Auşvitsin azad olunmasının 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Ukrayna liderinin səfər proqramına həmçinin ikitərəfli görüşlər, xüsusilə Avropa Birliyi Şurasının prezidenti Antonio Koşta və Fransa Prezidenti Emmanuel Makronla görüşlər daxildir.
Xəbər 106 dəfə oxunub.