Bakının bir sıra yollarında tıxac müşahidə edilir

Bakının bir sıra yollarında tıxac müşahidə edilir

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.
Aktual.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);
4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
11. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
12. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
13. Niyazi küçəsi, "İçərişəhər" metrostansiyası istiqamətində;
14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR