Kamala Harris evinə girən hər kəsi özü güllələyəcəyini dedi

Kamala Harris evinə girən hər kəsi özü güllələyəcəyini dedi
  • DÜNYA

2024-cü il prezident seçkisində dövlət başçısı vəzifəsinə namizəd olan ABŞ vitse-prezidenti Kamala Harris Miçiqan ştatında seçkiqabağı tədbirdə verdiyi bəyanatla ictimaiyyəti şoka salıb. "Əgər kimsə evimə soxularsa, güllə alacaq", - deyə Harris tərəddüd etmədən bildirib.
Aktual.az
-ın verdiyi məlumata görə, bu barədə o, Miçiqanda seçkiqabağı tədbirdə elan edib.
Sözlərinin mümkün nəticələrini dərk edən vitse-prezident daha sonra əlavə edib:
"Yəqin ki, bunu deməməliydim. Amma köməkçilərim sonra bununla məşğul olacaqlar", - deyə o vurğulayıb.
Bu bəyanat həm Harrisin tərəfdarları, həm də əleyhdarları arasında qızğın müzakirəyə səbəb olub.
Qeyd edək ki, bundan əvvəl Kamala Harris məşhur teleaparıcı Opra Eynfreyin suallarına cavab verərkən odlu silah sahibi olduğunu etiraf edib.(oxu.az)



Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR