Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.
	Aktual.az xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda kubalı Suares Uolker Me ilə qarşılaşıb.
Rəqibinə qalib gələn İ.Xəlilov yarımfinala vəsiqə qazanıb.				
 Xəbər 604 dəfə oxunub.