Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirib

Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib.
 
ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, Qüdrət Həsənquliyev görüşdə özü haqqında, fəaliyyəti və seçki platforması barədə məlumat verib.
Daha sonra Azərbaycanın ən ağır probleminin- torpaqlarımızın işğaldan azad edilməsinin, separatçıların Azərbaycan ərazisindən təmizlənməsinin tarixi əhəmiyyətinə toxunub.
 
ƏHD Partiyasının sədri eyni zamanda məhkəmə-hüquq sistemi, iqtisadiyyat, təhsil və digər sahələrdə islahatların dərinləşdirilməsinin vacibliyindən danışıb, parlamentin nəzarət imkanlarının genişləndirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Qüdrət Həsənquliyev həmçinin seçiciləri seçkidə aktiv iştirak etməyə çağırıb.
Xatırladaq ki, Qüdrət Həsənquliyev seçki kampaniyası çərçivəsində seçicilərlə çoxsaylı fərdi, eyni zamanda açıq və qapalı məkanlarda kütləvi görüşlər keçirib.













Xəbər 161 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR