Neft bahalaşıb

Neft bahalaşıb

Dünya bazarında neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması fonunda artıb.
Aktual.az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, Londonun "ICE Futures” birjasında "Brent” markalı neftin sentyabr fyuçersləri 1 barel üçün 0,32 ABŞ dolları (0,39 %) bahalaşaraq 81,45 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçersləri isə bir barel üçün 0,26 ABŞ dolları (0,34 %) bahalaşaraq 77,42 ABŞ dolları olub.
Ötən həftənin yekununda isə "Brent" markalı neft 1,8 %, WTI markalı neft 1,9 % ucuzlaşıb.

Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR