Bu gün Yasamalda qaz olmayacaq

Bu gün Yasamalda qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Aktual.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə iyunun 28-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Vasif Əliyev, Zaur Kərimov, Dadaş Bünyadzadə, 7-ci Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər 90 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR