İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi

Prezident İlham Əliyev iyunun 23-də Mahaçqala və Dərbənddə baş vermiş silahlı hücumlar nəticəsində insanların həlak olması ilə əlaqədar rusiyalı həmkarı Putinə başsağlığı verib.
Aktual.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Başsağlığında deyilir:
"Hörmətli Vladimir Vladimiroviç,
Dağıstanda törədilmiş terror aktları nəticəsində mülki şəxslərin və hüquq-mühafizə orqanları əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.
Biz bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəkləyirik.
Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıram".
Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR