Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclası başlayıb.
Aktual.az xəbər verir ki, əvvəlcə spiker Sahibə Qafarova toplantını açıq elan edib.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. İclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi;
2. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi;
3. Milli Məclis Hesablayıcı komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi;
4. "Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında qanun layihəsi;
5. "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
6. "Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
7. "Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
8. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
9. "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
10. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” və "Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
Qeyd edək ki, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Yanvarın ayının 15-dən fevralın 1-dək parlamentin komitə iclasları keçirilir.
Xəbər 220 dəfə oxunub.