Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 974-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Aktual.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 326-2.3-cü maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.3. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 974-VIQD nömrəli Qanununun 2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.4. həmin Qanunun 2.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.11 – 322.0.14-cü, 324-cü, 324-1 – 324-3-cü, 326-2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan müvafiq icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 974-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897, № 12, maddə 1462; 2023, № 1, maddələr 52, 66, 97, № 2, maddələr 220, 226, 231, № 3, maddələr 350, 360, 375, № 4, maddə 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2190 nömrəli, 17 iyul tarixli 2221 nömrəli, 18 iyul tarixli 2228 nömrəli, 27 iyul tarixli 2251 nömrəli və 1 avqust tarixli 2272 nömrəli fərmanları) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.1-ci bəndə "275.2,” rəqəmlərindən sonra "326-2.3,” rəqəmləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 4.27-1-ci bənd əlavə edilsin:
"4.27-1. həmin Məcəllənin 326-2.3-cü maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”.
***
Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
4. Bu Fərmanın 1-ci və 3-cü hissələri 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
1. Müəyyən edilsin ki:
1.1. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.30 – 1.0.32-ci, 9.2-1-ci (hər iki halda) maddələrində, 9.2-2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 13.1-ci və 14.1-ci maddələrinin birinci abzaslarında, 14.1.7-ci maddəsində, 14.2-ci və 14.3-cü maddələrinin birinci abzaslarında, 14.3.5-ci maddəsində, 14.4-cü maddəsinin birinci abzasında, 15.1-ci və 15.2-ci maddələrinin birinci cümlələrində, 15.3-cü maddəsində, 15.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 15.5-ci maddəsinin birinci cümləsində, 15-1.1-ci və 21.2-ci maddələrinin ikinci cümlələrində (hər iki halda), 21.9-cu, 22.2-ci maddələrində, 22.4-cü maddəsinin ikinci cümləsində, 27.3-cü maddəsinin dördüncü cümləsində, 27.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 40.1-ci maddəsinin birinci cümləsində, 50.2-ci maddəsinin birinci, ikinci, üçüncü (hər iki halda) və dördüncü cümlələrində, 50.4-cü maddəsinin birinci və dördüncü (hər iki halda) cümlələrində, 50.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 50.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin Qanunun 9.2-2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 14.3.5-ci maddəsində, 15.4-cü və 15.5-ci maddələrinin birinci cümlələrində, 15-1.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 21.2-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 22.4-cü maddəsinin ikinci cümləsində, 27.4-cü maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində, 50.2-ci maddəsinin birinci, üçüncü (ikinci halda) və dördüncü cümlələrində, 50.4-cü maddəsinin dördüncü cümləsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 1.0.30-cu, 9.2-1-ci (birinci halda) maddələrində, 9.2-2-ci maddəsinin birinci cümləsində (birinci halda), 14.1.7-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 50.8-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 1.0.31-ci, 1.0.32-ci, 9.2-1-ci (ikinci halda) maddələrində, 9.2-2-ci maddəsinin ikinci cümləsində, 13.1-ci, 14.1 – 14.4-cü maddələrinin birinci abzaslarında, 15.1-ci və 15.2-ci maddələrinin birinci cümlələrində, 15.3-cü maddəsində, 15.4-cü maddəsinin ikinci cümləsində, 15-1.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 21.2-ci maddəsinin ikinci cümləsində (birinci halda), 21.9-cu, 22.2-ci maddələrində, 40.1-ci maddəsinin birinci cümləsində, 50.2-ci maddəsinin ikinci cümləsində, 50.4-cü maddəsinin birinci və dördüncü (birinci halda) cümlələrində "orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 27.3-cü maddəsinin dördüncü cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Peşə Təhsili üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;
1.8. həmin Qanunun 27.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və 50.2-ci maddəsinin üçüncü cümləsində (birinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.1. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqramı;
2.1.2. həmin Qanunun 14.3.5-ci maddəsinə uyğun olaraq, müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması hallarını;
2.1.3. həmin Qanunun 15.5-ci maddəsinə uyğun olaraq, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri;
2.1.4. həmin Qanunun 15-1.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısını;
2.1.5. həmin Qanunun 21.2-ci maddəsinin ikinci cümləsinə və 50.4-cü maddəsinin dördüncü cümləsinə uyğun olaraq, müsabiqədə iştiraka görə ödənişin məbləğini və "İcazə” blanklarının (jurnallarının) verilməsinə görə haqqın məbləğini;
2.1.6. həmin Qanunun 22.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, formulyarın formasını;
2.1.7. həmin Qanunun 27.4-cü maddəsinə uyğun olaraq, qiymətləndirmənin nəticələrinə dair sənədin formasını və qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini;
2.1.8. həmin Qanunun 50.2-ci maddəsinin üçüncü və dördüncü cümlələrinə uyğun olaraq, hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasını, qiymətləndirmənin nəticələrinə dair sənədin formasını, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini;
2.2. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661, № 6, maddə 1064, № 11, maddə 1840; 2017, № 6, maddə 1083; 2018, № 12 (I kitab), maddə 2600; 2019, № 5, maddə 838, № 8, maddə 1408; 2020, № 5, maddə 544; 2021, № 1, maddə 17, № 6 (I kitab), maddə 593; 2023, № 3, maddələr 342, 372, № 4, maddə 482) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci, 2.1-2-ci, 2.2-ci, 2.2-3-cü və 2.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
"2.1. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-1-ci, 1.0.30 – 1.0.32-ci, 6.5-ci, 9.2-1-ci (hər iki halda) maddələrində, 9.2-2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 13.1-ci və 14.1-ci maddələrinin birinci abzaslarında, 14.1.7-ci maddəsində, 14.2-ci və 14.3-cü maddələrinin birinci abzaslarında, 14.3.5-ci maddəsində, 14.4-cü maddəsinin birinci abzasında, 15.1-ci və 15.2-ci maddələrinin birinci cümlələrində, 15.3-cü maddəsində, 15.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 15.5-ci maddəsinin birinci cümləsində, 15-1.1-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 21.1-ci maddəsində, 21.2-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 21.9-cu, 22.2-ci maddələrində, 22.4-cü maddəsinin ikinci cümləsində, 26.4-cü maddəsində, 27.3-cü maddəsinin dördüncü cümləsində, 27.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 40.1-ci maddəsinin birinci cümləsində, 48.1-ci, 48.1-1-ci maddələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.1-3-cü maddəsinin birinci cümləsində, 48.1-4-cü, 48.1-4.1-ci, 48.1-4.2-ci, 48.1-5-ci, 48.1-6-cı, 48.2-ci maddələrində, 50.2-ci maddəsinin birinci, ikinci, üçüncü (hər iki halda) və dördüncü cümlələrində, 50.4-cü maddəsinin birinci və dördüncü (hər iki halda) cümlələrində, 50.8-ci və 59-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;
"2.1-2. həmin Qanunun 9.2-2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 14.3.5-ci maddəsində, 15.4-cü və 15.5-ci maddələrinin birinci cümlələrində, 15-1.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 21.2-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 22.4-cü maddəsinin ikinci cümləsində, 27.4-cü maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.2-ci maddəsində, 50.2-ci maddəsinin birinci, üçüncü (ikinci halda) və dördüncü cümlələrində, 50.4-cü maddəsinin dördüncü cümləsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.2. həmin Qanunun 3.2.1-ci, 7.5-ci maddələrində, 7.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 7-1.5-ci, 9.3-cü maddələrində, 27.3-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;”;
"2.2-3. həmin Qanunun 27.3-cü maddəsinin dördüncü cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Peşə Təhsili üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;
2.3. həmin Qanunun 1.0.30-cu, 9.2-1-ci (birinci halda) maddələrində, 9.2-2-ci maddəsinin birinci cümləsində (birinci halda), 14.1.7-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;”;
3.2. 2.1-1-ci bənddən ", 14.1-1.1-ci və 14.1-1.4-cü maddələrində, 15.5-ci maddəsinin ikinci cümləsində” sözləri çıxarılsın və həmin bənddə ", 50.5-ci maddəsinin birinci, ikinci və dördüncü cümlələrində və 50.6-cı maddəsində” sözləri "və 50.3-cü maddəsində” sözləri ilə əvəz edilsin;
3.3. 2.2-1-ci bənddə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin bənddən ", Bakı şəhərinin inzibati ərazisində avtovağzallara (avtostansiyalara), yeraltı keçidlərə, metro çıxışlarına və velosiped zolaqlarına münasibətdə isə Bakı Nəqliyyat Agentliyi” sözləri çıxarılsın;
3.4. 2.2-2-ci bənddə "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin bənddən ", Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyəti başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri” sözləri çıxarılsın;
3.5. 2.3-1-ci bənddə "və 48.1-4-cü maddəsində” sözləri ", 48.1-4-cü və 50.8-ci maddələrində” sözləri ilə əvəz edilsin;
3.6. aşağıdakı məzmunda 2.3-3-cü bənd əlavə edilsin:
"2.3-3. həmin Qanunun 1.0.31-ci, 1.0.32-ci, 9.2-1-ci (ikinci halda) maddələrində, 9.2-2-ci maddəsinin ikinci cümləsində, 13.1-ci, 14.1 – 14.4-cü maddələrinin birinci abzaslarında, 15.1-ci və 15.2-ci maddələrinin birinci cümlələrində, 15.3-cü maddəsində, 15.4-cü maddəsinin ikinci cümləsində, 15-1.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 21.2-ci maddəsinin ikinci cümləsində (birinci halda), 21.9-cu, 22.2-ci maddələrində, 40.1-ci maddəsinin birinci cümləsində, 50.2-ci maddəsinin ikinci cümləsində, 50.4-cü maddəsinin birinci və dördüncü (birinci halda) cümlələrində "orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”;
3.7. 2.4-cü bənddə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin bənddən ", Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətinin başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri” sözləri çıxarılsın;
3.8. 2.6-cı bənddə "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin bənddən ", Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri” sözləri çıxarılsın;
3.9. 2.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilsin:
"2.9. həmin Qanunun 27.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və 50.2-ci maddəsinin üçüncü cümləsində (birinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.”.
4. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 aprel tarixli 1926 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 677) 3-cü hissəsində "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin hissədən "və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031) ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
"3.1.6. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq fəaliyyət növlərinə icazə, onların dublikatlarını və əlavələrini vermək, həmin icazələri yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, habelə icazə şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;”;
5.2. 3.1.22-ci yarımbəndə "məntəqələrinin,” sözündən sonra "avtomobil nəqliyyatı parklarının,” sözləri əlavə edilsin;
5.3. 3.1.25-ci yarımbənddən "və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın.
6. Bu Fərmanın 1-ci, 3 – 5-ci hissələri 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında və "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767; 2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547, № 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, № 4, maddə 360; 2016, № 1, maddə 43, № 5, maddə 883, № 9, maddə 1463, № 11, maddə 1807; 2017, № 3, maddə 370, № 5, maddə 757, № 7, maddə 1377, № 10, maddə 1804, № 12 (I kitab), maddə 2293; 2018, № 6, maddələr 1231, 1239, № 7 (I kitab), maddə 1489, № 12 (I kitab), maddə 2552; 2019, № 1, maddə 95, № 6, maddə 1044, № 7, maddə 1248, № 11, maddə 1699; 2020, № 5, maddə 561; 2021, № 7, maddə 735, № 12, maddə 1401; 2022, № 5, maddə 441, № 12, maddə 1404) 2.2-ci bəndindən ", 25.2-ci, 25.2.1-ci və 25.2.2-ci” sözləri çıxarılsın.
2. "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 870; 2014, № 12, maddə 1630; 2016, № 7, maddə 1315; 2018, № 8, maddə 1678; 2019, № 11, maddə 1699; 2022, № 5, maddə 521, № 8, maddə 900) 2.5-ci bəndi ləğv edilsin.
3. Bu Fərman 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146, № 11, maddələr 1251, 1267, 1269; 2023, № 1, maddələr 66, 97, № 3, maddələr 346, 375, № 4, maddələr 472, 483, 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2190 nömrəli, 17 iyul tarixli 2221 nömrəli, 18 iyul tarixli 2228 nömrəli və 1 avqust tarixli 2272 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 70-1 – 70-7-ci hissələr əlavə edilsin:
"70-1. Məcəllənin 598.1.1, 598.1.2, 598.1.4 – 598.1.6, 598.4 və 598.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mərkəzi Bankı adından – bu Siyahının 37.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.
70-2. Məcəllənin 598.1.3, 598.6 və 598.7-ci (Məcəllənin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti adından – İdarə Heyətinin sədri, onun müavinləri və departament rəhbəri.
70-3. Məcəllənin 598.2 və 598.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
70-3.1. maliyyə institutlarına münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı adından – bu Siyahının 37.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-3.2. notariuslara münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının ədliyyə sahəsində xidmətlər üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri;
70-3.3. rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-3.4. vəkillərə münasibətdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından – Rəyasət Heyətinin sədri, onun müavinləri.
70-4. Məcəllənin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar (Məcəllənin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta istisna olmaqla) haqqında işlər üzrə protokol:
70-4.1. notariuslara münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 70-3.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-4.2. rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-4.3. vəkillərə münasibətdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından – bu Siyahının 70-3.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.
70-5. Məcəllənin 598.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
70-5.1. qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 36.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-5.2. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.
70-6. Məcəllənin 598.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
70-6.1. maliyyə monitorinqi orqanının verdiyi yazılı göstərişlərin vaxtında və ya tam icra edilməməsinə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti adından – bu Siyahının 70-2-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
70-6.2. digər hallarda Azərbaycan Respublikasının Auditorlar Palatası adından – Auditorlar Palatasının sədri, onun müavini, Aparatın rəhbəri.
70-7. Məcəllənin 598.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
70-7.1. maliyyə institutlarına münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı adından – bu Siyahının 37.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-7.2. notariuslara münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 70-3.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-7.3. rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-7.4. qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 36.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-7.5. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-7.6. vəkillərə münasibətdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından – bu Siyahının 70-3.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-7.7. auditor xidməti göstərən şəxslərə münasibətdə Azərbaycan Respublikasının Auditorlar Palatası adından – bu Siyahının 70-6.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
70-7.8. digər fiziki şəxslərə və qurumlara münasibətdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti adından – bu Siyahının 70-2-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 32.1-ci bəndində dəyişiklik edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
***
Prezident İlham Əliyev "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın təsdiqi və "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 5, maddə 848, № 7, maddə 1229, № 8, maddə 1398; 2020, № 5, maddə 549, № 7, maddə 868, № 11, maddə 1362, № 12 (I kitab), maddə 1469; 2021, № 6 (I kitab), maddə 571, № 11, maddə 1218, № 12, maddə 1364; 2023, № 2, maddə 244; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2235 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndə "26.5-3-cü,” sözlərindən sonra "27.4-cü,” sözləri, "44.2-ci maddəsinin” sözlərindən sonra "birinci cümləsində (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və” sözləri əlavə edilsin;
2.2. 2.2-ci bənddən "27.4-cü,” sözləri çıxarılsın və həmin bəndə "44.2-ci maddəsinin birinci cümləsində” sözlərindən sonra "(Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydalarının müəyyən olunması üzrə)” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Xəbər 525 dəfə oxunub.